Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2015

Ukraynada azərbaycanlı gənc öldü

May ayının 1-də Ukraynanın Odessa şəhərində güllələnərək yaralanan azərbaycanlılardan biri keçinib. "RBK Ukraina" saytının verdiyi məlumata görə, Azərbaycan vətəndaşı bu gecə keçinib.

Bu barədə bu günkü mətbuat konfransında Odessa Daxili İşlər İdarəsinin mətbuat katibi Alla Marçenko məlumat verib.

Hadisə may ayının 1-də baş vermişdi. 21 yaşlı Bolqarıstandan olan tələbə şəxs 3 azərbaycanlıya atəş açıb.

Məlumata görə, 1 may bayaraamı münasibəti ilə keçeirilən tədbirdə iki qrup arasında mübahisə baş verib. Gənclər münasibətlərə aydınlıq gətirmək üçün həmin axşam görüşməyə qərar veriblər.

Axşam saat 23 radələrində onlar Kiyevski rayonu Lvov küçəsində,Odessa Ekologiya İnstitutunun yataqxanasının yaxınlığında görüşüblər. Məhz burada atışma baş verib və 3 azərbaycanlı yaralanıb.

3 nəfəri silahla vuran şəxs hadisə yerindən qaçmağa cəhd edib. Lakin buna nail ola bilməyib./ans/
853 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP