Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2013

İran və qonşu ölkələrin polisləri arasında açıq əlaqə yaradılıb

İran Hüquq-Mühafizə Qüvvələrinin (NAJA) komandanı, general-mayor İsmayıl Əhmədi-Müqəddəm deyib ki, təhlükəsizliyin yaradılması üçün İran polisi ilə qonşu ölkələrin polisləri arasında açıq əlaqə xətti qurulub. İRNA-nın məlumatına görə, Əhmədi-Müqəddəm bu barədə açıqlamanı jurnalistlərə İranın cənubunda yerləşən Kiş adasında verib. Onun sözlərinə görə, İran polisi qonşu ölkələrin təhlükəsizlik qüvvələri arasında yaxın əlaqələr mövcuddur. General bu qənaətədir ki, bölgədə sabitlik müştərək səylə yaradılır. Onun fikrincə, ölkələr arasında qurulmuş divarlar təhlükəsiz olmaq üçün deyil: «Qonşu ölkələrlə müştərək sərhəd komissiyalarının iclasları yaxşı mənada izlənilməkdədir. Bölgə ölkələrinin polisləri arasında qaçaqmalçılıqla mübarizə və sərhəd məsələlərinin həlli sahəsində böyük uğurlar əldə edilib».
1883 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber