Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2015

Bakıda yol polisini döydülər

Polis təcili tibbi yardım stansiyasında yardım alıb.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü polis əməkdaşını vurub.

Hadisə Nəsimi rayonu ərazisində baş verib.

Mayın 4-də saat 19 radələrində Bakıxanov küçəsində Mercedes markalı avtomobilin sürücüsü Azər Əhmədov yol hərəkət qaydasını pozub.

Buna görə də ərazidə xidmət edən Yol Patrul Xidməti Alayının serjantı Ağamoğlan İbrahimov tərəfindən saxlanılıb.

Bu zaman sürücü polisə tabe olmayıb və onu vuraraq yerə yıxıb.

Xəsarət alan polis əməkdaşı təcili tibbi yardım stansiyasında yardım alıb evə buraxılıb./qafqazinfo/
804 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP