Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2015

Pakistanda məktəbə hücum: 2 ölü

Pakistanın şimal-qərb hissəsində iki terrorçu-kamikadzenin məktəbə hücum etməsi nəticəsində 2 nəfər ölüb.

BBC-nin verdiyi məlumata görə, insident Pişəvar şəhəri yaxınlığındakı yaşayış məntəqəsində, futbol yarışması zamanı baş verib.

Terrorçu-kamikadzelər futbol meydançasına girərək üzərilərinə bağladıqları partlayıcı maddəni işə salıblar.

Qeyd edək ki, ötən il Pişəvarda 140 məktəbli terrorçuların qurbanı olub.
771 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber