Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2015

Suriyanın Suveyda əyalətində terrorçular minaya düşüblər

Suriya ordusu əsgərləri Suriyanın cənubunda Suveyda əyaləti ərazisində terrorçuların hərəkət yolunda mina basdırıblar. Minaya düşən terrorçulardan 30 nəfər ölüb.

Bu barədə İnterAz "al-Mayadeen"-ə istinadla məlumat verir.

Mənbə, əl-Qəlamun yüksəkliklərinin Əssal əl-Vard və Tufeyl bölgələrində də "əl-Qaidə"nin Suriya qolu “ən-Nusra cəbhəsi”nin 16 üzvünün məhv edildiyini deyib.

Qeyd edək ki, “ən-Nusra cəbhəsi” terror təşkilatı və onunla müttəfiq olan digər radikal qruplaşmalar Livan-Suriya sərhəddi zolağındakı əl-Qəlamun yüksəkliklərində hücumlara başladıqlarını elan etmişdilər.

Döyüşlər və hərbi əməliyyatlar digər bölgələrdə də aparılıb. Suriya ordusu ölkənin şimalında strateji Cisr-Şuğur şəhərini geri almaq üçün irimiqyaslı hücuma keçib. Məlumata görə, Suriya hava qüvvələri ötən gün bu şəhərin ətrafına 50-yə yaxın hava zərbəsi endirib.
658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP