Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2015

Husi tərəfdarları yenidən Səudiyyəyə hücum ediblər - 5 hərbçi ölüb

Husilərə tərəfdar olan Yəmən qəbilələri Səudiyyə Ərəbistanının hərbi təcavüzünə cavab olaraq, ikinci dəfə bu ölkənin Nəcran şəhərindəki postlara hücum ediblər.

İnterAz-ın Səudiyyə Ərəbistanı mənbələrinə istinadla verdiyi xəbərə görə, ötən gün həyata keçirilən hücumda 5 hərbçi ölüb.

Məlumata görə, sərhəd bölgəsində səkkiz post husilərə tərəfdar qəbilələrin nəzarətinə keçsə də, daha sonra onlar mövqelərini tərk ediblər.

Husilərin mənbələri bir neçə Səudiyyə Ərəbistanın əsgərinin əsir götürüldüyünü və tezliklə onlar barədə videogörüntünün yayımlanacağınıı bildiriblər.

Husilərə tərəfdar mənbələr burada xeyli sayda raket və silah sursatın da qənimət götürüldüyünü bildirib.



698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber