Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2015

Ərəbistan Ayətullah Nimri bir həftədən sonra edam etmək istəyir

Ekspertlər Ayətullah Nimrin edam ediləcəyi təqdirdə saysız-hesabsız siyasi məhbusu olan Səudiyyə Ərəbistanı daxilində və bölgədə məzhəblərarası gərginliyin şiddətlənəcəyini bildirirlər


Səudiyyə Ərəbistanı edama məhkum etdiyi Ayətullah şeyx Baqir Nimr ən-Nimri rəcəb ayəının 25-də edam etmək niyyətindədir.

İnterAz-ın ABNA agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanındakı xəbərdar mənbələr məlumat yayıblar.

Mənbə bildirib ki, 25 rəcəb Səudiyyə Ərəbistanında azlıqlara qarşı mənfi addımlarda ad çıxarmış vəliəhd və şahzadə Nayif bin Məhəmmədin vəfatı günüdür və məhz belə bir gündə Ayətullah Nimrin edamı nəzərdə tutulub.

Bildirək ki, Səudiyyə Ərəbistanı Ayətullah Nimri hakim ailəni təhqir etmək, polisə müqavimət göstərmək, ölkədə vətəndaşlar arasında iğtişaş yaratmaq və digər saxta ittihamlarla həbs edib.

Ekspertlər Ayətullah Nimrin edam ediləcəyi təqdirdə saysız-hesabsız siyasi məhbusu olan Səudiyyə Ərəbistanı daxilində və bölgədə məzhəblərarası gərginliyin şiddətlənəcəyini bildirirlər.
801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı