Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam olsun Allahın mömin bəndələrinə. Sizə bir sualla müraciət etmək istəyirəm. Mənim 28 yaşım var, lakin hələ ailə qurmamışam. Ticarətlə məşğul oluram və özümün şəxsi əmlakım, o cümlədən maşınım, evim, pulum və s. vardır. Lakin bir problemlə üzləşmişəm və o da budur ki, ata və anam heç vaxt icazə almadan mənim əmlakımı təsərrüf edirlər. Deməmiş pulumu götürürlər kimə istədilər verirlər, ya malımı götürürlər, yaxud evimdə başqasını saxlayırlar. Bu sualın cavabını bilmək istəyirəm ki, ata-ana övladdan icazə almadan onun malını təsərrüf edə bilərlərmi (ailə qurmazdan qabaq və sonra). Zəhmət olmasa mənə bütün müctəhidlərin nəzərini yazın. Allah razı olsun. Öncədən öz minnətdarlığımı bildirirəm.
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:

Bismillahir-rəhmanır-rəhim 

Ayətullah əl-üzma Xamenei:
Əgər övlad büluğ həddinə çatmış və rəşid olsa, ata-ananın belə bir haqqı yoxdur.
Ayətullah əl-üzma Sistani:
Belə bir haqları yoxdur.
Ayətullah əl-üzma Safi:
Belə bir haqları yoxdur. Allah alimdir.
Ayətullah əl-üzma Fazil:
Belə bir haqları yoxdur.
Ayətullah əl-üzma Məkarim:
İcazəli deyil, lakin yaxşı olar ki, övlad təsərrüf üçün onlara icazə versin.
Ayətullah əl-üzma Behcət:
Xeyir, haqları yoxdur.

Qeyd edək ki, əgər övlad büluğ həddinə çatmamış olsa, ata övladın vəlisi hesab olunur və onun malında təsərrüf edə bilər. Həmçinin, əgər ata-ana fəqir olsa, onların yaşayış üçün lazım olan xərclərini ödəmək övladın öhdəsinədir. 
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP