Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2015

10-cu sinif şagirdi özünü asdı

Salyan rayonunda məktəbli intihar edib.

Rayonun Xələc kənd sakini, 1999-cu ildə anadan olmuş Məmmədova Gülyanaq Atif qızı dünən axşam saatlarında özünü yaşadıqları evin damından asmaqla intihar edib.

X sinif şagirdinin intiharının dəqiq səbəbi məlum deyil. Bununla belə intiharın ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir. Belə ki, məktəbli qız valideynlərindən ona təzə paltar almağı xahiş edib. Valideynlərinin isə buna maddi imkanı çatmayıb. Bundan depressiyaya düşən məktəbli də sonda intihara əl atıb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanıb./virtualaz/
735 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.1