Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2015

Pele yenə xəstəxanalıq oldu

Braziliya və dünya futbolunun canlı əfsanəsi Pele pərəstişkarlarını kədərəndirib.

Altı ay əvvəl səhhətində yaranan narahatlıqlar səbəbilə xəstəxanaya çatdırılaraq əməliyyat olunan sabiq qolçu yenidən özünü yaxşı hiss etməyib və San-Paulodakı Albert Eynşteyn adına xəstəxanaya aparılıb.

“Qol kralı”nın hələ də prostat probleminin davam etdiyi və yenidən əməliyyat olunacağı açıqlanıb. Ötən ilin dekabr ayında bir dəfə əməliyyat olunan Pele daha sonra səhhətinin normal olduğunu, pərəstişkarlarına narahatlıq keçirməməyi demişdi.

Qeyd edək ki, 74 yaşlı Pele sidik yolu infeksiyasına yoluxmuşdu. Bundan əvvəl xəstəxanada intensiv müalicə kursu keçən futbolçunun qanı təmizlənmiş, həmçinin illərdir bir böyrəklə yaşadığı məlum olmuşdu.
740 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP