Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2015

Keşik çəkən əsgərə atəş açıldı

Türkiyə Kocaeli vilayətinin Gebze rayonunda olan qadın həbsxanasında keşik çəkən əsgərə naməulm şəxslər odlu siladan atəş açıb.

Hadisə yerli vaxtla saat 23.15-də (Bakı vaxtıyla 01.15) baş verib.

Yoldan keçən avtomobildə olan şəxs və şəxslər nəzarətçi əsgərlərin olduğu keşikçi qülləsinə 6 dəfə atəş açıb.

Hadisə zamanı qüllədə əsgərlər olsa da xöşbəxtlikdən xəsarət alan olmayıb.

Hadisənin baş verdiyi yerə çox sayda polis, jandarm və hüquq-mühafizə orqanları cəlb olunub.

Qara rəngli olduğu bildirilən avtomobilin əlamətləri rediostansiya ilə anons edilərək axtarışa başlanılıb.

Avtomobilin keçdiyi yoldan isə 13 ədəd boş güllə gilizi aşkarlanıb./ans/
682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.1