Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2015

Tacikistana qayıdan İŞİD silahlısı azərbaycanlıların edamından danışıb

Tacikistanda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Suriyadakı dəstələrində döyüşən keçmiş İŞİD yaraqlısı açıq şəkildə ekstremistlərə qoşulduğuna görə peşmançılığını ifadə edib.
Tacikistanın Xucand şəhərindən olan Fərrux Şərifov mayın 7-də Düşənbədə yüksək səviyyəli auditoriya qarşısında çıxış edib.
O, Suriyada gördüklərindən danışıb və oradakı vəhşilik və qəddarlıqdan dəhşətə gəldiyini bildirib.
Şərifov İŞİD tərəfindən çoxlu sayda insanın əsassız ittihamlarla, istintaq və məhkəmə olmadan başları kəsilərək edam edildiyini deyib. O, xüsusilə təhqir və ya kürdlərin xeyrinə casusluqda ittiham olunan bir neçə azərbaycanlı İŞİD üzvünün edamını təsvir edib.
Tacikistan hökumətinin qənaətinə görə, hazırda İŞİD-ın İraq və Suriyadakı dəstələrində 300-ə yaxın yerli qadın və kişi döyüşür./Azadlıq Radiosu/
1091 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...