Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2015

Suriya ordusu daha bir şəhərdə nəzarəti ələ aldı

Suriya ordusunun paytaxt Dəməşqin yaxınlığında yerləşən mühüm strateji əhəmiyyətə malik Əl-Qaləmun şəhərində tamamilə nəzarəti ələ aldığı qeyd olunub.
PressTV-nin verdiyi xəbərə görə, Suriya ordusu Livan ilə sərhəddə dağlıq relyefdə yerləşən Assal əl-Vard rayonundakı terrorçulara güclü zərbələr endirərək rayonda nəzarəti ələ ala bilib.
Verilən məlumata əsasən, Suriya ordusu və terrorçular arasındakı qarşıdurmada Ən-Nusra Cəbhəsi terror təşkilatının onlarla yaraqlısı öldürülüb.
Qeyd edək ki, bu ayın əvvəlində Livanın Hizbullah müqavimət hərəkatının üzvləri strateji əhəmiyyətə malik regionu terrorçulardan təmizləmək üçün döyüşdə iştirak etmək üçün hazırlaşdıqlarını açıqlamışdılar./deyerler/
592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38
DO