Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

Bakıda beşqat dünya çempionunu bıçaqladılar

Dünən axşam saatlarında Bakıda dünya çempionu bıçaqlanıb.

Məlumata görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Pauerliftinq üzrə 5 qat dünya çempionu və 8 qat Avropa çempionu İbrahim İbrahimov dünən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən barlardan birinin qarşısında bıçaqlanıb.

Gənclər arasında düşən davada İ.İbrahimovun yanında daha iki nəfər olub. Məlumata görə, qarşı tərəfdə 10-dan çox adam olub. Dava nəticəsində İbrahim İbrahimov bıçaqlanıb və üz nahiyəsində bir neçə zədə alıb. O, hazırda “Semaşko” xəstəxanasında reanimasiyadadır.

Hadisədən sonra Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları İ.İbrahimovun davada iştirak edən 2 dostunu həbs edib./Qafqazinfo/
874 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 09:39
Qaşlar nə üçündür?