Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

Azərbaycanda qiymətlər od tutub yanır

Dünyada ərzaq qiymətləri apreldə 2010-cu ilin iyun ayından bu yana ən aşağı səviyyəyə enib. Ərzaq qiymətləri aprel ayında süd məhsulları başda olmaqla demək olar ki, bütün məhsul qiymətinin aşağı düşməsinin təsirilə 2010-cu ilin iyunundan bu yana ən aşağı səviyyəyə enib.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən taxıl, yağlı toxumlar, süd məhsulları, ət və şəkər qiymətlərindəki aylıq dəyişiklikləri izləyən dünya ərzaq qiymətləri indeksi aprel ayında mart ayı ilə müqayisədə 1.2 faiz geriləyərək orta hesabla 171 qiymətini alıb.
FAO həmçinin builki dünya taxıl istehsalı proqnozunu əvvəlki aya nisbətən 39 milyon ton azaldaraq 2.509 milyard tona endirib.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov bəzi məhsulların qiymətində enmələr olsa da, bəzilərinin qiymətində artımın müşahidə olunduğunu söyləyir. Ekspert bizə nisbətən, başqa ölkələrdə kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətində azalmanın müşahidə edildiyini bildirir. Avropada Azərbaycanla müqayisədə süd və süd məhsulları, ət və ət məhsulları, kartof və s. qiymətinin aşağı olduğunu deyən ekspert, bunu ölkəmizdə idxalın inhisarda olmasıyla bağlayır:
“Idxal inhisarda və məmur oliqarxların əlində olduğu üçün onlar qiymətin yüksək həddə saxlanmasında maraqlıdır. Manipulyasiya ilə məşğul olduqları üçün onlar daxildə bəzi məhsullarda istehsalda artım olanda belə, fermerlərin bazara çıxarmaqda çətinlik çəkməsinə çalışırlar. Əslində, bazarda qiyməti tələb-təklif tənzimləməlidir, lakin bizdə bu sahə inhisarda olduğu üçün bazarda qiyməti onlar diqtə edirlər. Qiymətin yüksək həddə olmasında maraqlı olduqları üçün ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının qiyməti yüksək olmaqda davam edir”./azadlıq/
717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı