Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

ABŞ vətəndaşlığından imtina edənlərin sayı rekord həddə çatıb

Bu ilin ilk üç ayı ərzində xaricdə yaşayan ABŞ vətəndaşlarının bu ölkənin vətəndaşlığından imtina etməsi halları rekord həddə çatıb.

İnterAz "Sputnik"-ə istinadən xəbər verir ki, bu barədə statistik məlumatları ABŞ-ın Daxili Gəlir Xidməti açıqlayıb.

Forbes jurnalının yaydığı xəbərdə deyilir ki, 2015-ci ilin ilk 90 günü ərzində 1335 amerikalı ABŞ vətəndaşlığından imtina edib və bu göstərici keçən ilin eyni dövründə qeydə alınan 854 nəfərilik statistikanı xeyli üstələyir. Məlumata görə, 2014-cü il ərzində ABŞ vətəndaşlığından imtina edənlərin ümumi sayı 3415 nəfər təşkil edibsə bu il həmin göstəricinin daha çox olacağı proqnozlaşdırılır.

Ekspertlərin fikrincə, ABŞ hökumətinin öz xaricdə yaşayan vətəndaşlarından vergi toplaması Amerika vətəndaşlığından imtina üçün əsas səbəb hesab olunur.
693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP