Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

İsgəndər Həmidov Kəlbəcərdən deputatlığa namizəd olacaq?

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov moderator.az-a geniş müsahibəsində 2015-ci il parlament seçkilərində namizədliyini verib-verməyəcəyi barədə danışıb

Seçkidə iştirak etməsinə indiyə qədər əngəl olan məhkumluğunun müddəti artıq başa çatmış İsgəndər Həmidov deyib ki, namizədliyini vermək barədə hələ qəti qərara gəlməyib: “Bu gün üçün qənaətim qatılmamaqdır. Əgər qatılası olsam bu dəfə məhz elə Kəlbəcərdən qatılacağam. Bilirsiniz niyə? Çünki kəlbəcərlilər Azərbaycanın 57 rayonuna səpələnib, xeyir-şərə çatdırıb gedə bilmirlər, talelərindən və vətənsizlikdən sacdakı qovurğa kimi qovrulurlar. Bu gün ölüsünü basdırmağa yer tapmayan kəlbəcərlidir, dirisini həkimə apara bilməyən, evləndirib ərə verməyə imkanı olmayan, ailəsini dolandırmaq üçün min bir zillətə qatlaşan kəlbəcərlidir.

Başqa rayonların insanları məndən inciməsin. Kəlbəcərlilər tamam başqa bir həyat yaşayırdılar. Onlara olan zülm kimsəyə olmadı. Təbii, başqa rayonlarımıza da divan tutdular, Xocalıdakı cinayət insanlıq yaşadıqca lənətlənəcək, amma artıq kəlbəcərlilər dayana bilmirlər. Sabah ola bilər ki, Dilqəm Əsgərov kimi aqibətini gözə almadan o torpaqda işgəncə ilə ölməyə belə getmək istəyənlərin sayı onlarla, yüzlərlə olacaq.

Ona görə də belə bir qürurlu, vəfalı camaatın danışan dili, hayqıran səsi olmaqdan şərəfli heç nə olmaz mənim üçün dünyada. Namizədliyimi versəm belə, o qutudan çıxmayacağımı da bilirəm. Amma heç olmasa gedib qapı-qapı insanlarımızı ziyarət etmək, onları dinləmək, təsəlli vermək, quru sözlə də olsa dərdinə şərik olmaq ellilərimin və özümün kəlbəcərsizliyimizi qismən də olsa unutdura bilərdi"./musavat/
637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı