Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

“Eldəniz Quliyevin həbs ediləcəyini güman etmirəm, amma...”

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bir neçə gün bundna öncə saytımıza açıqlamasında daxili işlər naziri Ramil Usubovla məhkəmə çəkişməsi sonucunda ona kəsilən 1140 manatlıq cəriməni ödəmək iqtidarında olmadığını və lazım gələrsə, həbs olunmağa hazır olduğunu bildirib.
E.Quliyevin bu açıqlaması tanınmış ziyalının həbs ediləəcyi ilə bağlı ehtimallara yol açıb. Maraqlıdır, hər zaman ciddi sürprizlərə imza atan hakimiyyət I Avropa Oyunları ərəfəsində E.Quliyevin həbsini reallaşdıra bilərmi? Bu, Azərbaycanın beynəlxalq aləmdəki imicinə necə təsir göstərər?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev indiki halda belə bir ehtimalın gerçəkləşməsini real hesb etmədiyini bildirdi:
“İndiki ərəfədə hakimiyyətin E.Quliyevi həbs edəcəyini güman etmirəm. İnanmıram ki, belə bir məqamda hakimiyyət buna getsin. Amma istənilən halda E.Quliyevlə bağlı bu xoşagəlməz vəziyyətin ortadan qalxması lazımdır”.
Məlumat üçün qeyd edək ki, daxili işlər naziri Ramil Usubov 2014-cü ildə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciət olub. Eldəniz Quliyev “Feysbuk” şəbəkəsində yazdığı, “Moderator.az” saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa səsləyib. Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Beləliklə də ötən il 30 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi ilə bağlı qərar çıxardıb. Məhkəmə zamanı keçirilən ekspertizanın xərci də E.Quliyevə kəsilən cərimənin üzərinə əlavə edilib və bununla da tanınmış ziyalının ödəməli olduğu məbləğ 1140 manata çatıb.
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51