Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

Yəmən xalqı yenə milyonluq mitinq keçirdi

Səudiyyə Ərəbistanın təcavüzünü pisləmək üçün Yəmən xalqı yenə milyonluq mitinq keçirdi

Yəmən xalqı Səudiyyənin ölkələrinə qarşı təcavüzkar hava hücumları və qətliamına etiraz etmək üçün paytaxt Səna küçələrində yenə milyonluq mitinq təşkil ediblər.

PressTv-nin verdiyi xəbərə gröə, ötən gün cümə namazından sonra təşkil olunan nümayişdə Səudiyyə Ərəbistanı, ABŞ və sionist İsrail rejiminə qarşı şüarlar səsləndirilib.

Səudiyyə Ərəbistanına qarşı "Kral Salman siz məğlubsuznuz və məğlubiyyətə də düçür olacaqsınız!” şüarını səsləndirərn nümayişçilər “Sonda qələbə bizimlədir” deyərək Ənsarullaha daima sadiq olacaqlarını bəyan ediblər.

Nümayişçilər qarşısında çıxış edən Ənsarullah rəsmisi Yəmən xalqına qarşı xəyanət edərək Ər-Riyadla müqavilə bağlayan şəxsin adının xalqın yaddaşından heç vaxt silinməyəcəyini söyləyib.

O, Yəmən xalqının təcavüzkarların qarşısında güclü bir şəkildə dayanacağını bildirib.

Başqa bir mitinq çıxışçısı isə Yəmən xalqının mübariz olduğunu deyərək ölkənin işğal olunmuş hər qarış torpağının terrorçulardan azad olunacağını bildirib.

Qeyd edək ki, Səudiyyə və müttəfiqləri istefada olan sabiq prezident Hadinin çağırışı ilə Yəmənə qarşı martın 26-dan etibarən hava hücumlarına başlayıblar./deyerler/

 

 

696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...