Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

Damarları təmizləyən 10 qida

Ürək və damar sağlamlığı üçün sağlam qidalanmaq vacibdir. Əks halda, damarlarda yağ yığılır və qan dövranına pis təsir edir. Damarlarda baş verən problemlər infarktdan, insulta, iflicdən, beyin xəstəliklərinə qədər bir çox təhlükəyə səbəb ola bilir.


Yaşıl çay

Yaşıl çay damarlara ziyan verən maddələri təmizləyir. Ehtiva etdiyi antioksidantlar sayəsində xolesterinin səviyyəsini aşağı salır, ürəyi qoruyur.

Göyəm

Bu meyvə ürək üçün çox faydalıdır. Xolesterini aşağı salır. Qan dövranını yaxşılaşdırır.

Darçın

Antioksidant anbarı olan darçın qandakı şəkəri azaltdığından damarlar üçün faydalı hesab edilir. Gündə 1 çay qaşığı darçın qandakı yağ nisbətini 26 faiz azaltmağa qadirdir.

Badam

E vitamini, lif və doymamış yağla zəngin olan badam damarları təmizləyən ən təsirli qidalardan biridir. Güclü antioksidantlar ehtiva edir.

Yulaf

Yulaf xolesterini aşağı salır, damarları təmizləyir. Mütəmadi olaraq hər gün 4-5 qaşıq yulaf yemək tövsiyə edilir.

Zeytun yağı

Aralıq dənizi ölkələrində ürək xəstəliklərinə daha az rast gəlinir. Buna səbəb həmin bölgələrdə zeytun yağından çox istifadə edilməsidir.

Zeytun yağı damarları təmizləyir, tərkibindəki antioksidantlar sayəsində xərçəngi önləyir və təzyiqi aşağı salır.

Brokkoli

K vitamini və lif baxımından zəngin olan brokkoli pis xolesterinin düşmənidir. Qan təzyiqini tənzimləyir. K vitamini damarlardakı kalsium səviyyəsini nizamlayır.

Sarıkök

Sarıkök damarlar üçün ən faydalı ədviyyatdır. Damar sərtliyinin qarşısını alır. Damarda yağ toplanmasına imkan vermir.

Qulançar

Damarlardakı təzyiqi azaldır, beləliklə, qan axınını sürətləndirir. Həmçinin, damarın tıxanmasına imkan vermir.

Nar

Tərkibindəki antioksidantlar sayəsində qan axınını sürətləndirir, qan dövranına yaxşı təsir edir.

Damarları təmizləyir.
710 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25