Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2015

Gizli təhlükə - bronxit

Xroniki bronxit bronxial asmanın inkişafına təkan verə bilər

Bəzən yeni doğulan korpələrdə vaxtında aşkarlanmayan soyuqdəymələr müşahidə olunur. Onun qarşısı vaxtında alınmayanda isə bu, daha da ağır xəstəlik olan bronxial astmaya qədər gedir.

Bronxlar udulan havanı ağ ciyərə aparan müxtəlif diametrli şaxələnmiş boru şəbəkələrindən ibarət olaraq bronxial ağac adlanır. Uyğun olaraq, bronxit - bronx divarları selikli qişasının iltihabıdır. Bronxit tamamilə müstəqil xəstəlik olaraq inkişaf edə bilər, lakin o, çox vaxt kəskin respirator infeksiyanın və ya soyuqdəymənin ağırlaşmasıdır və bronxların iltihabının bir xüsusiyyəti də ondan ibarətdir ki, bakterial infeksiyanın qoşulma təhlükəsi var.

Pediatr Xatirə İsayevanın sözlərinə görə, körpələrin dünyaya gəldiyi gündən qat-qat geyindirilib isti saxlanması, qırx günlüyündən sonra isə ani soyundurulma və hava gəzintiləri körpələrin çox tez soyuqlamasına səbəb olur. Bu soyuqlamanı ilkin mərhələdə göstərməyən bədən ağırlaşdığı halda burun tutulmaları, fısıltılar ilə aşkarlanmağa başlayır. Bu mərhələdə artıq valideyn ayıq-sayıq olmalı və mütləq pediatrla məsləhətləşməlidir: "Bu gün aylıq müayinəyə gətirilən körpələrin 90%-i soyuqlama ilə gəlir. Bəzən valideynlər deyir ki, körpəm çox ağlağandır, qucaqda sakitləşir və yatır. Ana bilmir ki, onun körpəsi üşüyür və qucaq ona daha isti olduğu üçün rahat yuxuya gedir. Körpə birinci dəfə isti qucaq gördüyündən daha sonra üşümə qorxusu ilə daim qucaq tələb edir. Analar bilməlidir ki, narahatlığı olmayan körpə üçün öz yatağı və ya qucağın heç bir fərqi yoxdur. Üşüyən uşaqlar tez bir zamanda soyuqlayır və ilk simptom olaraq burnu tutulur. Təəssüf ki, analar buna reaksiya vermir və adi burun tutulması sonradan bronxların kəsgin soyuqlamasına gətirib çıxarır".

Pediatr deyir ki, ilkin mərhələdə maz və antibiotiklə sağaldılmağa çalışılan körpə digər günlər qızdırma və ağır öskürəkdən əziyyət çəkməyə davam edərsə, artıq ikinci mərhələ - inqalyasiya gərəkli olur. Bəzən valideynlər az dozalı antibiotiklərin körpəyə verilməsinə qarşı olur və həkimdən xəbərsiz antibiotik qəbulunu dayandırır. Vəziyyət ağırlaşdıqdan sonra yenidən həkim qəbuluna gələn körpəyə artıq antobiotik iynələrinin vurulması vacib olur. Bu səbəbdən pediatrların göstərişini yerinə yetirməkdə fayda var: "Yeni doğulan və 6 ayına kimi bronxlardan əziyyət çəkən heç bir körpəyə bəlğəm gətirici məhlul yazılmır. Çünki udqunmağı bacarmayan körpələr gələn bəlğəmi nə uda, nə kənara çıxara bilir və nəticədə boğulma riski ilə üz-üzə qalır. Verilən az dozalı antibiotik məhlullarını içirmək ilkin mərhələdə olduqca faydalı olur. Az doza antibiotiki körpəsinə verməyən ana nəzərə almalıdır ki, ağırlaşmalar halında mütləq antibiotikə yenidən qayıdacaq. Bronxlarda olan yığıntı bədənə, ciyərə enməsi olduqca təhlükəlidir. Belə olan halda dərhal qan analizləri, rentgen, müxtəlif müayinə prosedurları keçirilməlidir".

Soyuqdəyməyə səbəb olan viruslar kəskin bronxitə da səbəb olur. Lakin eyni zamanda qeyri-infeksion bronxitlər də var, hansı ki, siqaret tüstüsünə və digər mənşəli tüstülərə əmələ gəlir.

Doğulduqdan 3-4 yaşına kimi olan uşaqlarda bronxit daha ağır keçir, uşaq gec sağalır və xəstəlik müxtəlif ağırlaşmalar verir. Adətən bronxit kəskin respirator infeksiyası və ya qrip fonunda inkişaf edir. Lakin bir çox hallarda uşaqlarda bronxitin səbəbi allergiya olur.

Bronxitin əsas əlamətləri - öskürək, zökəm, halsızlıqdır. Bronxit adətən yüksək hərarətlə müşayiət olunmur. Əgər öskürək uşaqda yüksək hərarətlə müşayiət olunursa, bu, uşaqlar üçün xüsusilə təhlükəli xəstəlik olan pnevmoniyanın əlaməti ola bilər.

Həmsöhbətimizə görə, xəstəliyin ilk 2-3 günü ərzində öskürək quru və üzücü, daha sonra isə bəlğəmli olur. Bu o deməkdir ki, uşaq sağalmağa doğru gedir. "Bəzi valideynlər belə hesab edir ki, quru öskürək daha yaxşıdır, bəlğəmli isə əksinə, təhlükəlidir. Lakin bu, səhv fikirdir. Bronxitin ilk simptomları meydana çıxdıqda uşağı dərhal pediatra göstərmək lazımdır. Müalicə xəstəliyin ilk əlamətlərində başladıqda, xəstəlik daha tez keçir və fəsadlar vermir. Vaxtında və ya düzgün müalicə olunmayan bronxit xroniki formaya keçə bilər, bronxitin fonunda pnevmoniya inkişaf edə bilər. Xroniki bronxit bronxial asmanın inkişafına təkan verə bilər"./ekspress/
1723 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı