Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2015

Ruhani: “Səudiyyə Ərəbistanı strateji səhvə yol verib”

Səudiyyə Ərəbistanının Yəmənə münasibətdə hərbi kampaniyası böyük strateji səhvdir. Belə bir bəyanatı İran prezidenti Həsən Ruhani İran “Qızıl Aypara” cəmiyyətinin konfransında çıxışı zamanı verib.

“Ər-Riyad Yəməndə hərbi kampaniyaya başlamaqla çox böyük strateji səhvə yol verib. Əslində bu, müharibə də deyil, qonşu ölkəyə vicdansızcasına hücumdur. Bu kasıb ölkəyə inkişaf eləmək üçün kömək göstərmək əvəzinə, Səudiyyə Ərəbistanı yoxsul Yəmən xalqını bombalayır” – qeyd edib İran dövlət başçısı.

Onun sözlərinə görə, ölkədə yaranan fəlakətli humanitar vəziyyət “bütün dünya üçün tarixi sınaqdır”. O, Tehranın bundan sonra da Yəmənə humanitar kömək göndərmək üçün bütün imkanlardan istifadə edəcəyini bildirib.
747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı