Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Qobustanda dəhşətli yol qəzası baş verib - Foto

Qobustan qəsəbəsində 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib

Noyabrın 29-da saat 21:37-də Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan magistral yolunun 61-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin mətbuat mərkəzindən apa-ya verilən məlumata görə, qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin Qobustan rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, sürücüsü məlum olmayan KamAZ markalı 90 JF 164 dövlət nömrə nişanlı yük avtomobili ilə şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi VAZ 2106 markalı 07 BD 435 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.

Qəza zamanı VAZ 2106 markalı avtomobildə olan sərnişin (kişi) zərbə nəticəsində avtomobilin ön hissəsindən yerə düşüb. O aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Ağır deformasiyaya uğramış VAZ 2106 markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və şəxsiyyəti məlum olmayan digər sərnişin (qadın) də aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri adıçəkilən avtomobildən çıxararaq hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib.


1720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...