Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2015

İran nüvə danışıqlarını dayandırır

İran Islam Parlamenti ABŞ-ın hərbi təhdidlərinə cavab olaraq nüvə danışıqlarının dayandırılmasını nəzərdə tutan qanun layihəsinə baxacaq.

Bu barədə parlamentin xarici siyasət və milli təhlükəsizlik komitəsinin üzvü Cavad Kərimi Quddusi bildirib.

Onun sözlərinə görə, qanun layihəsi parlamentdə qəbul ediləndən sonra İran Məsləhət Şurasına göndəriləcək. Məsləhət Şurasının təsdiindən sonra isə hökumət danışıqları dayandırmağa məcbur olacaq. Komitə üzvü qeyd edib ki, amerikalılar İrandan üzr istəyənə və təhdidlərinə son qoymayana kimi vəziyyət dəyişməyəcək.

Qeyd edək ki, İran parlamentinin sərt reaksiyası ABŞ-ın vitse-prezidenti Co Bayden və dövlət katibi Con Kerrinin fikirlərinə cavabdır. Amerikalı rəsmilər qeyd edib ki, ABŞ-ın İranla bağlı hərbi hərəkətləri istisna edilmir. Aprelin 30-da Bayden bildirib ki, Tehran nüvə sazişini pozacağı halda, bütün cavab variantlarına baxılacaq.

Hazırda İran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) İranın nüvə proqramı üzrə hərtərəfli razılaşmanın son mətninin formalaşdırılması mərhələsindədir. Yekun nüvə razılaşması 30 iyundan gec olmayaraq, imzalanmalıdır. Danışıqların növbəti raundu mayın 12-də Vyanada olacaq.
720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber