Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2015

“14 min İraq əsgəri Mosulun azad edilməsi üçün hazır vəziyyətdədir”

İraqın Nəcəf şəhərinin imam-cüməsi Seyid Sədrəddin Qapancı İraqın parçalanması istiqamətində hər cür söz və fikrin İŞİD-in xeyrinə olduğunu bildirib.

Nəcəfin imam-cüməsi bunun üçün xalq və hökumət qüvvələrinin Mosulun azad edilməsi ilə bağlı bütün texniki və siyasi maneələri aradan qaldırılmalarını istəyib.

ABNA-nın verdiyi xəbərə görə, Nəcəf şəhərindəki Fatimeyi-Kübra Hüseyniyəsində imam-cümə olan Seyid Sədrəddin Qapancı, İraqın bölünməsi məsələsinin ABŞ-da gündəliyə salınmasını tənqid edib.

“Bu gün Amerikanın təklifi olan İraqın üç hissəyə bölünməsi layihəsinə ərəbindən türkməninə qədər bütün İraqlılar etiraz edir”, - deyə Seyid Sədrəddin Qapancı bildirib.

Çıxışının davamında Mərcəiyyətin də rəyini qeyd edən Nəcəfin imam-cüməsi parçalanaraq İŞİD üzərində qələbə qazanmağın mümkün olmayacağını deyib. “Yeganə bir çıxış yolu var. O, da bütün xalqların vəhdət içində hərəkət etməsidir. Təfriqə və bölünmək bizi İŞİD qarşısında asanlıqla həzm oluna biləcək hissələrə ayıracaq”.

Nəcəfin imam-cüməsi çıxışı zamanı hazırda 14 min İraq əsgərinin Mosulun azad edilməsi üçün hazırlıq vəziyyətdə olduğunu deyib.

“İraqın parçalanmasını gündəmə gətirmək sadəcə İŞİD-i gücləndirməyə hədəflənib. Dövlət və xalq qüvvələrindən ibarət olan ordumuz da bu yoldakı texniki və siyasi maneələri aradan qaldırmalıdır”.

Seyid Sədrəddin Qapancı çıxışının sonunda mübarək Rəcəb ayının Kərbəla ziyarətində artım münasibətilə regionda təhlükəsizliyi ən gözəl bir şəkildə təmin edən polis qüvvələrinə təşəkkür edib. O, İmam Museyi Kazımın (ə) şəhadət gününün yaxınlaşması ilə bağlı hüquq-mühafizə tədbirlərinin artırılmasını da istəyib./deyerler/
614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber