Şrift ölçüsü:
A+
A
A-
Kr
10 May 2015

"Bu bayram Azərbaycan gəncinin qanı üzərində qurulmuş hadisədir"

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı Facebook səhifəsində mayın 10-da Bakıda keçirilən Gül bayramına münasibət bildirib. AXCP sədrinin müavini yazır:

"2009-cu il 30 aprel ADNA-da terror...
14 nəfər tələbə-müəllim qətlə yetirildi. Biz ölkə miqyaslı matəm tələb edirdik, hakimiyyət isə 10 may gül bayramına hazırlaşırdı. Biz həmyaşıdlarımıza hüzn günü istəyirdik, hakimiyyət isə "siyasiləşdirməyin" deyib Heydər Əliyevin ad gününə hazırlaşırdı. Belə olanda biz bu bayrama etiraz etmək qərarına gəldik....
Bu bayram təkcə azərbaycanlıların min bir sosial problemlərinə sərf ediləcək milyonların xərclənməsi, hazırkı böhran şəraitində açıq-aydın xalqa saymazyana münasibəti ifadə edən, bütpərəstliyi təbliğ edən bayram deyil, həm də 2009-cu ildən Azərbaycan gəncinin, insanın qanı üzərində qurulmuş, qanımıza bulaşmış hadisədir.

2009-cu ildə mayın 8-də gənclərin forumunu təşkil etdik və gəncləri bu saxta bayrama ve Neft Akademiyasindakı terror qurbanlarının anim mərasiminə çağırdıq. "Qul bayram"ı adı o zaman meydana çıxdı.
8 may axşamı forumdan dönərkən mülki geyimlilər tərəfindən saxlanıldım. Həbsimizə rəğmən həmyaşıdlarımızın qurumamış qanı üzərində keçirilən bu hadisəyə etiraz baş tutdu. Sonrakı illərdə də etirazlar davam etdi.

Son 5 ildə ömrü iki gün olmayan,sonda zibil maşınlarına yığılıb aparılacaq bu güllərə hər il 15-20 milyon pul xərclənir. Bəzi iddialara görə az. Dəqiq rəqəm açıqlanmır. Hətta hesab edək ki, son illərdə üst-üstə 150-200 milyon xərclənib. Məgər bu vəsaiti xaricdə təhsilə, ödəniş haqqını ödəyə bilmədiyi üçün ali təhsildən kənarda qalmiş gənclərin təhsilinə ayrımaq olmazdımı? Olardı, alçaq itaət, laqeydlik üzündən Əliyevlər hakimiyyətdə olmasaydı..."/azadlıq/
637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...