Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Vəhabi ərəblərin F-16 qırıcısı itdi

Səudiyyə Ərəbistanın rəhbərliyi ilə koalisiya qüvvələrinin Yəməndə apardığı hərbi əməliyyatlar zamanı Mərakeşə aid F-16 qırıcısı itkin düşüb.

Mərakeş hərbi hava donanması qırıcı təyyarənin itməsi barədə xəbəri təsdiq edib.

Hadisə barədə ətraflı məlumat verilməsə də mövzu ilə əlaqədar araşdırmaların davam etdiyi bildirilir.

Xatırladaqki, ölkədən qaçmış Yəmənin keçmiş prezidentinin dəvəti ilə martın 26-da koalisiya qüvvələri ölkədəki hərbi vəziyyətə müdaxilə etmişdilər.

Ötən gün isə Yəməndə mayın 12-də qüvvəyə minmək üzrə 5 günlük atəşkəs elan olunub.
561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber