Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

İran Yəmənə yönlənən aviazərbələri soyqırımı adlandırdı

İran Səudiyyə Ərəbistanı başçılığı ilə koalisiya qüvvələrinin Yəməndə apardıqları əməliyyatı genosid olaraq qiymətləndirir.

Sinxua agentliyindən bildiriblər ki, bu barədə İran xarici işlər nazirliyinin mətbuat katibi Mərziyə Əfxəm bildirib.

“Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın bu cür fəaliyyəti genosiddir və beynəlxalq konvensiyaya tərs mütənasibdir”- deyə xanım Əfxəm bildirib.

Xanım Əfxəm Yəmənə qarşı aviazərbələrin dayanması üçün BMT-ni aktiv müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, hazırda Yəmənin böyük hissəsini nəzarətində saxlayan Husilərlə Səudiyyə Ərəbistanı arasında atəşkəs razılaşması əldə olunub. 5 günlük atəşkəs çərşənbə axşamı qüvvəyə minəcək./ans/
714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP