Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Hakimlərə etiraz edən cəbhəçi gənc “kars”a salınıb

Zülfiyyə Abdullayeva: «Heç yanına apardığım qida məhsullarını da qəbul eləmədilər»

AXCP Gənclər Komitəsinin üzvü, “facebook”dakı tənqidi statuslarına görə bu il yanvarın 9-da narkotiklə şərlənərək həbs olunan Elvin Abdullayev Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında cərimə kamerasına (“kars”) salınıb. Bu barədə “Azadlıq”a gənc fəalın anası Zülfiyyə Abdullayeva məlumat verib. O bildirib ki, Elvin Abdullayev “kars”da olduğundan nəinki onunla görüşməyə icazə verilmir, hətta aparılan yemək və geyimi də qəbul etmirlər.
Qeyd edək ki, “facebook”dakı tənqidi fəaliyyətinə görə həbs olunan bir sıra başqa fəallar kimi Elvin Abdullayevə qarşı da CM-nin 234.4.3 (külli miqdarda narkotik) maddəsilə ittiham irəli sürülüb. Onun barəsindəki cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu iş üzrə hazırlıq iclasında Elvin Abdullayev arxasını hakimlərə çevirib, səssiz dayanmaqla, Azərbaycandakı məhkəmə sisteminin hüquq-mühafizə orqanlarının əlində oyuncağa çevrilməsi, hakimlərin günahsız adamları siyasi sifarişlə uzunmüddətli həbs cəzasına məhkum etmələrinə etiraz etmişdi. Həmin vaxt hakimlərin Elvinə xəbərdarlıq etməsi, hətta təzyiq vasitəsi olaraq, məhkəməni izləməyə gələnləri zaldan çıxartması da gənc fəalı fikrindən daşındıra bilməmişdi. Belə olan halda, hakimlər məhkəməni təxirə salmaq məcburiyyətində qalmışdılar.
Zülfiyyə Abdullayeva deyir ki, mayın 14-də keçiriləcək növbəti məhkəmə iclasına qədər övladına baş çəkmək istəyirdi: “Elvini görməyə imkan yaratmasalar da, yanına qida məhsulları göndərmək istəyirdim. Amma buna da imkan vermədilər. Mənə bildirdilər ki, Elvin ayın 8-dən karsdadır”./azadlıq/
591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı