Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Hakimiyyətin mafiya qaydaları

Bayraq Meydanı rəisinin əməlləri indi niyə açıldı?

Ölkədə qanunlar işləməyəndə, saxtakarlıq, korrupsiya, hesabatsılzıq hökm sürəndə, hakimiyyət istənilən təbliğatı apara bilir. Məsələn, Avropa oyunları, Gül bayramı ölkənin büdcəsinə külli miqdarda ziyan vurur və vətəndaşların gələcək təminatı sıfıra düşür. Amma hakimiyyət gecə-gündüz xalqa sübut etməyə çalışır ki, bu tədbilrər ölkənin inkişafına xidmət edir.

Əslində indi yazacaqlarımızın bu tədbirlərə aidiyyatı yoxdur. Sadəcə olaraq hakimiyyətin mahiyyətini ifadə etmək üçün belə bir müqayisə apardıq. Bildiyiniz kimi, bugünlərdə Bayraq Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov vəzifəsindən kənarlaşdırıldı. Bu hadisə mətbuatın əsas gündəminə çevrildi. Xəbər yayıldı ki, Rəşad Məmmədov həbs olundu. Ardınca anasının erməni olması haqqında məlumatlar yayıldı. Bundan sonra geniş araşdırmalar ortaya çıxdı. Rəşad Məmmədovun korrupsiya ilə məşğul olduğu, milyonlara qazandığı, harın həyat sürdüyü haqqında yazılar yazıldı. Anasının erməni olması isə ayrıca bir mövzu oldu və hökumət mətbuatı da bu məsələni şişirtdi. Hələ də bu haqda yazılır.

Amma məsələnin əsas tərəfi başqadır. Əslində baş verənlər hakimiyyətin ifşasıdır. Heç kimə sirr deyil ki,Rəşad Məmmədovun vəzifədən uzaqlaşdırılması və haqqında yazılanlar komanda daxili savaşın təzahürüdür. Görünür, Rəşad Məmmədov oyun qaydalarını pozub, yaxud kimlərinsə “bostan”ına girib. Məhz buna görə də cəzalandırılıb.

İndi məlum olur ki, bu adamın kifayət qədər pulu var imiş, korrupsiya ilə məşğul olurmuş və.s Bildiyiniz kimi, Bayraq İdarəsi bu yaxınlarda yaradılıb və böyük bir struktur deyil. Amma bu idarəyə rəhbərlik edən adam qısa müddətdə milyonerə çevrilə bilib. Əgər Bayraq İdarəsinin rəisi bu qədər dövlət vəsaitini mənimsəyə bilibsə, icra başçılarının, komitə sədrlərinin, nazirlərin hansı səviyyədə korrupsiya ilə məşğul olduğunu, necə həyat tərzi keçirdiyini təsəvvür etmək çətin deyil. Cəmi 2 il öncə yaradılmış idarənin vəziyyəti belədirsə, ölkənin necə idarə edildiyi də aydın olur.

Erməni məsələsinə gəlincə, buna təəccüblənməyin özü də təəccüb doğurur. Çünki, bu ölkədə erməni bağlılığı olan xeyli məmur var. Yüksək vəzifə tutan şəxslər var ki, anaları, həyat yoldaşları ermənidir və hamı da bundan xəbərdardır. Guya, dünənə qədər Rəşad Məmmədovun anasının erməni olması heç kimə məlum deyildi? Bu məsələdə bir daha təsdiq olunur ki, hakimiyyət üçün kimin anasının erməni olması, kimin korrupsiya ilə məşğul olması önməli deyil. Əsas odur ki, mafiyanın qaydalarına əməl edəsən, ümumi xəttən kənara çıxmayasan.
Bu hakimiyyət Əli Həsənovun evindən külçələr, Fərhad Əliyevin evindən pul torbaları çıxartmadımı? Belə təcrübələr çoxdur. Ümumi banka pul ödəməyənlər, rəhbərə təzim etməyənlər zaman-zaman cəzalandırılıb. Sadə vətəndaş da bilir ki, bu ölkənin ən varlı adamları nazirlər, icra başçıları, komitə sədrləridir. Sabah onların da evindən milyonlar tapıla, erməni kimlikləri aşkar edilə bilər.

Yəni, Rəşad Məmmədov məsələsi hakimiyyətin idarəetmə formasının təzahürüdür./azadlıq/
955 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:01