Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Husilər "Ədənin qəlbi"ni ələ keçirdi

Yerli mənbələrdən alınan məlumata görə, Ədənin Krater (Sayre) rayonunda fərari prezident Abdurabbu Mansur Hadi tərəfdarları ilə Ənsarullah Hərəkatı arasında təxminən 40 gün davam edən qarşıdurmalar Husilərin üstünlüyü ilə sona çatıb. Husilər Prezident Sarayının yerləşdiyi və mərkəzi mövqeyinə görə "Ədənin qəlbi" kimi tanınan strateji əhəmiyyətə malik Kraterdə nəzarəti təmin edib.Ədənin Hur Məskər və Dar Səid rayonlarında isə qarşıdurmalar davam edir.Digər tərəfdən, Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələrinin cümə günü ölkənin şimal hissəsində Husilərin qalası kimi tanınan Səda şəhərinə geniş miqyaslı hava hücumlarına başlamasından sonra 100 mindən çox vətəndaşın Əmrana sığındığı bildirilir./faktxeber/
560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı