Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

İmam Museyi Kazımın (ə) zəvvarlarına hücum: 7 zəvvar şəhid olub

İraq təhlükəsizlik qüvvələrinin verdiyi məlumata əsasən, paytaxt Bağdadda bomba quraşdırılmış avtomobilin zəvvarlar qrupunu hədəfə alaraq partladılması nəticəsində ən azı 7 zəvvar şəhid olub, bir neçəsi isə yaralanıb.

PressTV-nin verdiyi xəbərə görə, terror hücumu şənbə günü günorta saatlarında paytaxt Bağdadın mərkəzindəki Qarrada rayonunda Əhli-Beytin (ə) 7-ci imamı Museyi Kazımın (ə) şəhadətilə bağlı İraqın Kazimeyn şəhərinə yola düşən zəvvarlara qarşı həyata keçirilib.
Yaralıların yaxınlıqdakı xəstəxanalara yerləşdirildiyi də qeyd olunub.

Qeyd edək ki, mayın 14-də Əhli-Beytin (ə) 7-ci imamı Həzrəti Museyi Kazımın (ə) şəhadət günü olduğu üçün Əhli-Beyt (ə) ardıcılları imamın hərəmini ziyarət etmək üçün Kazimeyn şəhərinə doğru üz tuturlar./deyerler/
580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19