Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Suriya ordusu Cisr-Şuğur şəhərinə irimiqyaslı hücuma keçib

Suriya ordusu İdlibin strateji Cisr-Şuğur şəhərini “ən-Nusra Cəbhəsi” və digər radikal qruplaşmalardan geri almaq üçün irimiqyaslı hücuma keçib, Şiddətli döyüşlərdə tərəflər çoxsaylı itgi veriblər.

İnterAz-ın “Suriya İnsan Hüquqları Müşahidə Qrupu”na istinadla verdiyi xəbərə görə, hücum etməkdə olan Suriya ordusu 60, qruplaşmalar isə 28 itki veriblər. Terrorçu qruplaşmaların tərkibində olan radikal uyğur və özbəklərin “Türküstan partiyası”nın 18 üzvü məhv edilib.

"Əl-Qaidə"nin Suriya qolu "ən-Nusra cəbhəsi" şəhərin ətrafında yerləşən Milli Qospitalın girəcəyində kamikadze hücumu törədib.

"SANA"-nın məlumatına görə, ordu hava qüvvələrinin müşayiəti ilə ötən günkü əməliyyatlarda Cisr-Şuğura aparan bütün yolları nəzarətə alıb.

Suriya-Livan sərhəddində əl-Qəlamun yüksəkliklərində də döyüşlər davam edib. Suriya ordusu və “Hizbullah” burada irəliləyişlərini davam etdirirlər.
598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP