Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

30 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gündüz şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 7-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Noyabrın 30-da havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
2177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber