Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Nəsli tükənməkdə olan 20 dənə balina sahildə ölü tapılıb

Çilidə elm adamlarını şoka salan hadisə baş verib.

Nəsli tükənməkdə olan 20 balina sahildə ölü tapılıb. Hadisəni araşdıran alimlər balinaların intihar səbəblərini araşdırır.

Çilinin cənubundakı Penas körfəzində baş verən hadisə insanları xeyli heyrətləndirib. Nəsli tükənməkdə olan "Sei" cinsli balinaların dünyada ümumi sayı 12 min ətrafındadır. Balinaların ölüm səbəbi hələlik məlum deyil.

Balinaları sahildə aşkarlayan alman bioloq Vreni Hausserman bu canlıların üzərindən hər hansı yara aşkarlanmadığını bildirib. Mütəxəssis hesab edir ki, balinalar böyük ehtimalla virus səbəbiylə tələf olub./ans/
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP