Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Rəsmi Tehran Dağlıq Qarabağda keçirilən seçkiləri tanımadı

İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və buna hörmətlə yanaşır.

Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mərziyyə Əfxəm bildirib.

O, Tehranda keçirdiyi ənənəvi həftəlik brifinqdə deyib ki, rəsmi Tehran Dağlıq Qarabağda keçirilən qondarma parlament seçkilərini tanımır və hesab edir ki, belə addımlar münaqişənin aradan qaldırılması üçün aparılan danışıqlar prosesini çətinləşdirir.

Onun sözlərinə görə, İran regionda sülh, təhlükəsizlik və sabitliyi poza biləcək istənilən fəaliyyətin əleyhinədir.
468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!
23.04.17, 16:39