Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Bir həftə maqnit qasırğası olacaq

Maqnit qasırğası sabahdan başlayır və mayın 18-dək davam edəcək

Sabahdan etibarən Yer kürəsində maqnit qasırğaları gözlənilir.

Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov deyib ki, 1 həftə davam edəcək qasırğanın gücü zəif olacaq.

Onun sözlərinə görə, maqnit qasırğalarının gücü J1-dən J9-a qədərdir: “Yaxın günlərdə müşahidə ediləcək maqnit qasırğaları J1 gücündə olan zəif qasırğalar olacaq.

Maqnit qasırğası sabahdan başlayır və mayın 18-dək davam edəcək. Maqnit qasırğaları müəyyən fasilələrlə olacaq, bir müddət davam edəndən sonra səviyyəsi aşağı düşəcək və mayın 17-18-də sonuncusu müşahidə ediləcək. Bununla da, maqnit qasırğaları başa çatacaq. Onların hamısı zəif qasırğadır və insanlara ciddi təsiri olmayacaq”.

N. Cəlilov əlavə edib ki, maqnit qasırğaları Günəşdə 3 gün öncə baş verən alışmaların nəticəsidir: "Günəş diskinin ortasında alışmalar baş verib, ayrılan plazma axını yerə doğru yönəlib. Bunun da nəticəsində sabahdan etibarən Yerdə maqnit qasırğaları gözlənilir"./apa/
884 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.17, 09:37
YENƏ DƏ İNTİHAR
29.05.17, 09:21
YENƏ İNTİHAR
29.05.17, 09:08
Təqva qorxmaqdır?
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR