Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Saakaşvilinin harda olduğu bilinmir

Gürcüstanda «Milli Hərəkat» liderlərindən olan Georgi Vaşadze keçmiş prezident Mixail Saakaşvilinin harda olduğunu bilmədiyini açıqlayıb. Lakin partiyanın liderləri mütamadi olaraq onunla məsləhətləşir.

TV-3 kanalına açıqlamasında Vaşadze Saakaşvilinin siyasi fəaliyyətində fasilə götürdüyünü açıqlayıb: «Saakaşvilinin hansı şəhərdə olduğunu bilmirəm. Bilirsiniz ki, o fəal adamdır və bu gün bir yerdə, sabah başqa yerdə ola bilər. Çoxlu görüşlər keçirir, ancaq daimi yaşayış yerini dəyişmək istəmir. Saakaşvili xaricdədir, ancaq hansı ölkədə olduğunu dəqiq bilmirəm. Ona müxtəlif beynəlxalq təşkilatlardan və institutlardan təkliflər gəlir, ancaq təklif olunan postların nə dərəcədə vacib olduğunu da bilmirəm».

Vaşadze həmçinin qeyd edib ki, keçmiş prezident «Milli Hərəkat»ın partiya fəaliyyətində fəal iştirak edəcək.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili isə «Şərq Tərəfdaşlığı» sammiti başa çatandan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Saakaşvili istədiyi yerdə yaşaya bilər. O həmçinin Saakaşviliyə qarşı heç bir iş aparılmadığını deyib: «Saakaşvili azad ölkənin azad vətəndaşıdır, istədiyi yerdə yaşaya bilər».
1860 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23