Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Kadırov Obamanı tənqid etdi

Çeçenistan prezidenti Ramzan Kadırov mayın 9-da Moskvadakı parada qatılmıyan ABŞ prezidenti Barak Obamanı tənqid edib. Kadırov hesab edir ki, Birləşmiş Ştatların lideri həmin gün orada olmalı və hər kəsə yeni dünya müharibəsinə qarşı olduğunun mesajını çatdırmalı idi: «Mayın 9-da qələbə paradında yox idiz. Halbuki orada olmalı, həyatını itirmiş milyonlarla rus əsgərinin xatirəsini yad etməli, bununla da bütün terror təşkilatlarının başçılarına sülh və ədalət uğrunda mübarizədə bir olduğunuzun mesajını verməliydiz. Bunun əvəzinə mesaj verdiz ki, yeni dünya savaşı təhdidlərinə qarşı vahid cəbhədə vuruşmağa hazır deyilsiz. Xalqar əmindilər ki, Suriya, Liviya, İraq, Əfqanıstan və Yəməndə münaqişələr ABŞ və Avropanın üzündən başladılıb. Mən isə ona əminəm ki, biz hamımız keçmiş küskünlükləri unutmalı, xırda problemlərə alüdə olmamalı, bir yerə toplaşıb dünyanın aqibəti haqda düşünməliyik. Bəlkə nəsə alındı. Rusiyanın sanksiyalar yoluyla «sözəbaxan yarımmüstəmləkəyə» çevriləcəyinə ümid etməyə isə dəyməz. Əgər 45-ci ildə at üzərində Berlinə qədər gedib çıxmışıqsa, deməli, bu gün istənilən çətinliyin öhdəsindən gəlmək iqtidarındayıq».
574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...