Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Rusiyanın yeni tankı Qərbi heyrətə salıb

Qərb mətbuatı Moskvada mayın 9-da keçirilmiş Qələbə paradında nümayiş olunan müasir hərbi texnika və silahlardan yazır.

“The Washington Post”qəzeti Qırmızı meydanda nümayiş olunan ən yeni hərb texnikanın Rusiya ordusunun bahalı modernizasiya proqramının nəticəsidir.

NBC telekanalı isə “Armata” tankına xüsusi diqqət yönəldir. Bildirir ki, “Armata” son 40 il ərzində Rusiya ordusunun silahlanmasına daxil olan ilk yeni tankdır.

“Assoşeyted press” agentliyi “Armata”nın Qərb ölkələrindəki analoqlarından xeyli üstün olduğunu bildirir.

“Bu, yeganə tankdır ki, üç nəfərdən ibarət olan heyət xüsusi mühafizə örtüyü ilə əhatə olunub, tank həmçinin topunun məsafədən idarə olunması və avtomatik doldurulma sistemi ilə təchiz olunub” - deyə AP qeyd edir.

İtaliyanın “Il Giornale” qəzeti “Armata” tankını “Avropa və Amerika ordularındakı analoqlarını üstələyən əsl şedevr” adlandırır.

“Bu, tank istehsalında 1945-ci ildən indiyədək irəliyə atılmış ilk böyük addımdır” - deyə qəzet əlavə edir.

“Armata” hərbi sənayedə “əsl texnoloji inqilab” adlandırılır. Bildirilir ki, uzun illər hərbi sənayedə inqilabi yeniliklər aviasiya texnikasında əldə edilirdisə, ruslar ilk dəfə bunu tank sənayesində əldə ediblər.

Almaniyanın DPA agentliyi Qırmızı meydanda nümayiş olunan hərbi texnikanın Rusiyanın istənilən təhlükələrə hazır olmasının sübutu olduğunu yazır.

“Əsgərlər, tanklar, döyüş təyyarələri... - atom nəhəngi bununla öz gücünü dünyaya göstərir”- deyə agentlik bildirir./virtualaz/


593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı