Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Bu da Amerika humanistliyi: xəstə qız təyyarədən düşürüldü - VİDEO

Amerikada səyahət etməyə hazırlaşan ailə və 15 yaşlı qızı mindikləri təyyarədən düşürülüb. 

ANS PRESS-in məlumatına görə, şok hərəkətə 15 yaşlı qızın autizm xəstəsi olması və uçuşun təhlükəsizliyini təhdid etməsi səbəb göstərilib. 

Bildirilir ki, təyyarə uçuşa hazırlaşarkən 15 yaşlı autizm xəstəsinin sərnişinləri narahat etməsi barədə pilota xəbər verilib. Təyyarəni yerə endirən pilot hava limanı əməkdaşları ilə rabitə quraraq xəstə qızın və ailəsinin təyyarədən düşürülməsini tələb edib. 

Hyustondan Portlendə uçmağa hazırlaşan ailə bu tələb qarşısında təəccüblənib və nə edəcəyini bilməyib. Təyyarədən zorla endirilən ailə məhkəməyə müraciət edəcəyini bildirib. 

Hadisədən sonra açıqlama verən aviaşirkət isə sərnişinlərin təhlükəsizliyi üçün pilotun ən düzgün qərarı verdiyini açıqlayıb. 

Qeyd edək ki, pilotun tələbi ilə gələn təhlükəsizlik qüvvələri ailəni zorla təyyarədən düşürüb və sərnişinlərdən biri baş verənləri kameraya çəkib. 



915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...