Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Orxan Zeynalova görə bağlanan bazarın direktoru Azərbaycana qaçıb

Rusiya hüquq-mühafizə orqanları axtarışda olan Əliahsab Hacıyevin izini xaricdə axtarır 

Moskvada Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən törədilmiş qətl hadisəsindən sonra bağlanan nəhəng topdansatış meyvə-tərəvəz bazasının beynəlxalq axtarışa verilmiş direktorunun izi xaricdə axtarılır.

Virtualaz saytı Rusiya qaynaqlarına istinadla xəbər verir ki, Moskvanın Biryulevo rayonunda yerləşən və vaxtilə Avropada ən böyük topdansatış bazası olan “Pokrovka”nın baş direktoru, dağıstanlı Əliahsab Hacıyev Azərbaycanda gizlənə bilər.

Hüquq-mühafizə orqanlarından “Lifenews “a bildirildiyinə görə, bazanın sahibi İqor İsayevin  Səudiyyə Ərəbistanında, Ə.Hacıyevin isə Azərbaycanda olduğuna dair əməliyyat məlumatları əldə olunub.

Əliahsab Hacıyev və İqor İsayev ögey qardaşlardır. Onların sərvəti 1 milyard dolları aşır. Biryulevo hadisələrindən sonra Rusiya hüquq-mühafizə orqanları hər iki şəxsin barəsində qeyri-leqal miqrasiyanın təşkili ittihamı ilə cinayət işi qaldırıb. Cinayət işi qaldırılandan sonra “Pokrovka”nın sahibləri Rusiyadan qaçıblar və onların barəsində beynəlxalq axtarış elan edilib.

Xatırladaq ki, oktyabrın 13-də O.Zeynalovun törətdiyi qətl hadisəsinə görə Biryulevo rayonunda iğtişaşlar olub, kütlə “Pokrovka” bazasına hücum edib və OMON-la toqquşub. Bu hadisələrin ardınca Moskva meriyası “Pokrovka”nı bağlayıb və onun sökülməsi haqda qərar çıxarıb. Bazanın rəsmi sahibi və baş direktoru dağıstanlı ögey qardaşlar olsa da “Pokrovka” əsasən azərbaycanlıların, “Şəmkir qruplaşması”nın nəzarətində idi. 

1841 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...