Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Suriya Davudoğlunu təcavüzkar adlandırdı

Türkiyə baş naziri Əhməd Davutoğlunun Süleyman Şah türbəsini ziyarət etmək üçün bazar günü Suriyanın rəsmi razılığı olmadan sərhədi keçməsi kobud təcavüzdür.

SANA dövlət xəbər agentliyi bildirib ki, belə bir açıqlama Suriya hökumətindən gəlib. Rəsmi Dəməşq qeyd edib ki, Davutoğlu Osmanlı İmperiyasının banisinin babası Süleyman Şahın məzarını ziyarət etməklə beynəlxalq qanunları ciddi şəkildə pozub. Məqbərə Türkiyə sərhədindən 250 metr məsafədə, Suriyanın Aşma regionunda yerləşir. SANA daha sonra bu ziyarətin Türkiyədə qarşıdan gələn seçkilər üçün reklam xarakterli səfər olduğunu bildirib.

Qeyd edək ki, fevral ayında türk qoşunları türbəni İŞİD yaraqlılarının nəzarətində olan ərazidən hal-hazırkı yerə köçürərkən də Suriya narazılığını bildirmişdi. Məqbərə bundan əvvəl də, 1970-ci ildə Fərat çayı məcrasından çıxarkən baş vermiş daşqın səbəbindən bir dəfə artıq köçürülüb.

Türkiyə və Suriya arasında münasibətlər Suriyada dörd il davam edən terrorçularla müharibə dövründə gərginləşib. Türkiyə hökuməti Suriya prezidenti Bəşar əl-Əsədə qarşı olan terrorçuları dəstəkləyir. Suriya rəsmiləri Türkiyəni terrorçuları dəstəkləməkdə təqsirləndirir.
612 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı