Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

100 milyonlarla krediti Azərbaycanda kimlər ala bilər?!

Daha böyük oliqarxların "Bandotdel"ə aparılma vaxtına nə qədər qalıb?


Azərbaycan Beynəlxalq Bankından alınmış kreditlərə görə sahibkarların kütləvi həbsinə başlandığı haqda xəbərlər yayılıb. AXCP sədri Əli Kərimli facebook səhifəsində mövzuya toxunub və bu həbslərin səbəbindən, yaradacağı neqativ fəsadlardan yazıb. Onun yazdığını təqdim edirik:

Hökumətin yeni anti-böhran tədbirindən xəbəriniz oldu? "Bandotdel"də kreditlərin qaytarılması üzrə ASAN xidmət yaradıblar. Kreditlərini ödəyə bilməyən iş adamlarını evində, ofisində, aeroportda - harada ələ keçirsələr, tutub gətirirlər bu idarəyə. Orada həmin iş adamlarına Avropanın paxıllıq etdiyi “Azərbaycan standartlarını” başa salırlar. Bu məqsədlə bir gündə 70 nəfər iş adamını həbs ediblər. Həm də söhbət sıradan iş adamlarından yox, dövriyyəsi 100 milyonlarla manatla hesablanan “ağır çəkili” biznesmenlərdən gedir. Hamısı da hökumətə yaxın adamlar olub. Kreditlərlə zavodlar, fabriklər tikiblər. Yəqin ki, başqa məqsədlər üçün də istifadə ediblər.

100 milyonlarla krediti Azərbaycanda kimlər ala bilər, hansı şərtlərlə ala bilər - bunu bilməyənlər varmı? Aydın məsələdir ki, "yuxarıların" razılığı ilə və onların da "payını" verərək, “işləyiblər”. Pul çox olanda bunlara fikir verən olmayıb. İndi pul azalıb. Xalqda da pul yoxdur ki, əlindən alsınlar, hücum çəkiblər öz yaxın ətraflarına. Dünənə qədər dövlət sifarişlərini verdikləri “iş ortaqları”nın pullarını bu şəkildə əllərindən alırlar.

Əlbəttə, bankdan alınmş kredit ödənilməlidir. Kimsə aldığı krediti ödəmirsə və ya ödəyə bilmirsə, bu problem məhkəmədə dartışılası mülki işdir. Bank "Bantotdel"ə deyil, məhkəməyə müraciət etməlidir. Bütün başqa vasitələr tükənibsə, məhkəmə kredit götürülən zaman girov qoyulmuş əmlakın satılması haqda qərar verməli, əmlak satılıldıqda, bankın borcu qaytarılmalıdır. Qalan vəsait də yenə əmlakın sahibinə verilməlidir. Bu sadə qayda bütün dünyada tətbiq olunur. Bunların indi etdikləri isə dövlət səviyyəsində həyata keçirilən reketçilik və cinayətkar "razborka"dır.

Bu əməliyyatın nəticəsində Beynəlxalq Bankın əsl sahibi ola bilsin ki, bir neçə milyard pul toplaya biləcək. Amma Azərbaycanın onsuz da, hələ düz-əməlli formalaşmamış qeyri-neft sektoruna ölümcül zərbə dəyəcək. Nəinki ölkə iqtisadiyyatına yeni sərmayə cəlb etmək çətinləşəcək, üstəlik ölkədən kapital axını sürətlənəcək, ölkə iqtisadiyyatının çöküşü daha da sürətlənəcək.

Çox təəssüf ki, ölkədəki hüquqsuzluq vəziyyətindən getdikcə hamıya pay düşür. Bir az tezi-geci var. Ölkədə hüquq, məhkəmə yoxsa, hamımız potensial zərərçəkənik. Keçən mitinqdən əvvəl yazmışdım ki, ölkədə siyasi və iqtisadi islahatlarda ən çox sahibkarlar təbəqəsi maraqlı olmalıdır. Heç kim, o cümlədən sahibkarlar da yaxasını kənara çəkməməlidir. Milli Şuranın 17 may, saat 15:00-da, “Məhsul” stadionunda keçiriləcək mitinqinə bu ölkəyə siyasi və iqtisadi açılım tələb edən hər kəs dəvətlidir./azadlıq/
634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı