Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Maduro: “ABŞ-ın təsiri dünyada gec-tez bitəcək“

TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Venesuelanın prezidenti Nikolas Maduro RT telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-ın nəzarəti altında olmayan ölkələrin siyasi və iqtisadi yüksəlişi rəsmi Vaşinqtonu narahat edir: “ABŞ görür ki, təsirini itirməkdədir. Məhz buna görə Rusiya kimi ölkəni hədəfə alıb. ABŞ bir sıra ölkələr üçün problemlər yaradır, onların təbii inkişafına mane olur. Belə ki, rəsmi Vaşinqton Venesuelaya qarşı hücumlarını davam etdirir, Çin kimi nüfuzlu dövlətin inkişafını ləngidir”.

N.Maduro hesab edir ki, ABŞ-ın dünyada rolu mühüm dərəcə dəyişməkdədir: “Əminəm ki, ABŞ gec-tez Böyük Britaniyanın yolu ilə gedəcək. Vaxtilə Böyük Britaniya nəhəng imperiya idi, bir neçə əsr ərzində Asiya, Latın Amerikası və Afrikanın böyük hissəsinə nəzarət edirdi. Lakin sonra britaniyalılar dəyişmiş tarixi vəziyyətlə barışmalı oldular. Əminəm ki, bu kimi halla ABŞ-da rastlaşacaq”./apa/
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49
Qar