Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Tatarıstanda kilsələri yandırırlar

Tatarıstanın Baş Prokurorluğu istintaq orqanlarından bu respublikanın bəzi yaşayış məntəqələrində kilsələrin yandırılması faktları ilə bağlı “terror aktları törətmək” maddəsi (Rusiya CM-in 205-ci maddəsi) ilə cinayət işi açmağı tələb edib.

Virtualaz.org saytı xəbər verir ki, interfax.ru portalı bu barədə Tatarıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xəbərdə deyilir ki, noyabrın 17-nə keçən gecə şəxsiyyəti hələ müəyyən olunmamış şəxslər Çistopol şəhərində yenicə tikilməkdə olan kilsəni yandırmağa çalışıblar. Bu kilsə Kazan yeparxiyasına məxsusdur. Həmin vaxt Novoşeşminsk rayonunun Lenino kəndindəki dua evi isə yandırılıb.

Noyabrın 29-na keçən gecə Mamadış rayonunun Albay kəndindəki qədim kilsədə yanğın baş verib (yerli FHN bu yaanğının elektrik naqillərindəki nasazlıqdan baş verdiyini bildirir). Elə həmin gecə Rıbnoslobodsk rayonunun Xaçlı Qazılı kəndindəki baxımsız kilsə yanıb. Adıçəkilən hər iki kilsə xaçpərəstliyi qəbul etmiş tatarlar icmasına məxsusdur.

Tatarıstanın baş prokuroru İldus Nafiqov noyabrın 29-da məhz bu müəmmalı kilsə yanğınları ilə bağlı təcili kollegiya iclası keçirib.

“Heç kimdə şübhə yoxdur ki, Tatarıstanda baş verən kilsə yanğınları təsadüfi hadisələr deyil. Hüquq-mühafizə orqanları Tatarıstanda vəziyyəti gərginləşdirməyə çalışan qüvvələrə adekvat cavab verməlidir” - deyə baş prokuror bildirib.
1881 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber