Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Təfəkkür Universitetində diplom bazarı açılıb

Rektorun təlimatı ilə tələbələrə verilməli olan diplomlar üçün 5000 manat istənilir

Təfəkkür Universitetində tələbələrlə rektorluq arasında daha bir qalmaqal baş qaldırıb. Bu barədə verilən məlumata görə, qalmaqala səbəb sonuncu kurs tələbələrindən diplom müqabilində külli miqdarda pulun tələb olunmasıdır.

Məlumatda deyilir ki, universitetin rektoru Müşfiq Atakişiyevin təlimatına əsasən ötən il 2500-3000 manat müqabilində alınan diplomların qiymətləri iki dəfə qaldırılıb. Hazırda diplom sahibi olmaq istəyən tələbələrdən 5000 manat tələb olunduğu vurğulanır.

Maraqlı məqam odur ki, Müşfiq Atakişiyevin adamları ali təhsil ocağında əsl bazar açıblar. Tələbələr fakültələri üzrə dekanlarına müraciət edərək, diplom üçün tələb olunan məbləğin aşağı salınmasını xahiş edirlər. Amma universitetdə onlara bildirirlər ki, üz vurmasınlar, «Çünki aşağı yeri yoxdur»./jam.az/
624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı