Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

Tofiq Sadıqovun «gül» əməliyyatı

Beyləqan təhsil şöbəsinin müdiri müəllimlərdən topladığı 30 min manatla özünə dükan alıb

Bir müddət əvvəl xəbər vermişdik ki, Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqov «Gül Bayramı» ilə əlaqədar bütün orta məktəb direktorları və müəllimlərindən «xərac» toplayır. Bununla bağlı proses mayın 9-na kimi davam edib.

Həmin məlumatlarda qeyd olunur ki, Tofiq Sadıqov «Gül Bayramı» bəhanəsi ilə 30 min manat pul toplayıb. Və bu pulların Beyləqan İcra Hakimiyyətinin təlimatı əsasında etdiyini söyləyib. Hətta onu da deyib ki, guya, mayın 9-da rayonda həyata keçirilən tədbirin bütün güllərinə 15 min manat pul xərcləyib.

Lakin əməkdaşlarımızın məsələ ilə bağlı apardıqları araşdırma zamanı məlum olub ki, Tofiq Sadıqov pensiya yaşına 1 il qalmış əlinə düşən fürsəti fövtə vermək istəməyib. Belə ki, Beyləqan təhsil şöbəsinin müdiri özünün sonuncu «Gül Bayramı»ndan qazanclı çıxmaq fikriylə bu addımı atıb. Məlumatda vurğulanır ki, təhsil şöbəsinin müdiri ümumiyyətlə, rayonda keçirilən tədbirlər üçün pul yığılması barədə heç bir təlimat almayıb və bunu təkbaşına həyata keçirib. Hətta o da qeyd edilir ki, məsələdən xəbər tutan icra başçısı Vaqif Abdullayev Tofiq Sadıqovu sərt şəkildə tənbeh edib. Və qısa müddətdə vəzifəsindən uzaqlaşdırılacağı barədə xəbərdar edib.

Həmçinin o da aydın olub ki, Tofiq Sadıqov müəllimlərdən yığdığı pullarla özünə daha bir obyekt alıb. Şöbə müdiri 30 min manatın üzərini düzəldərək, Beyləqanda növbəti dükanını açdırıb./jam.az/
627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...