Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2015

“Avropa Oyunları keçiriləcək deyə, yıxılıb ölək?”

Taksi sürücüləri polislərdən şikayət edir

Onlar etiraz aksiyası keçirəcəklərini deyirlər

“Yenə qovhaqovdur. Yol polisləri Nəqliyyat Nazirliyinin yol kənarına qoyduğu işarəni özbaşına götürüblər. Hər bəhanə ilə bizə cərimə yazırlar”. Qara Qarayev prospekti, “Neftçilər” metrostansiyasının ətrafında taksi xidməti göstərən bir qrup sürücü “Azadlıq” radiosunun “Qaynar xətt”inə şikayət edib.
Onların deməsinə görə, yol polisləri yersiz cərimələr yazmaqla ərazidə fəaliyyət göstərən azıÿ 60 nəfər sürücünün çörəyinə bais olur.
Işsiz qalan taksi sürücüÿVilayət Qurbanov:ÿ"Biz əsasən metronun üstündəki “Lady Sharm”, “X-Lady”,ÿ"Romantic" mağazalarının qarşısında dayanırıq. Burada ÿtaksilər üçün icazə işarəsi qoyulmuşdu, yol polisləri lövhəni özbaşına götürüblər.ÿFəaliyyət göstərməyimizə imkan vermirlər.ÿElə bil çörəklərini əllərindən alırıq. Axı mənim burada dayanıb çörəkpulu qazanmağım niyə polisi narahat etsin ki? Sanki göstəriş alıblar ki, hər tərəfdən nəfəsimizi kəssinlər".ÿ
Sürücülər deyir, yol polisləri üzərində işarə olan lövhənin yığışdırılmasını Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıqla əlaqələndiriblər.
Sürücüÿ Mehman Yolçuyev: “Biri çıxıb aydınlıq gətirsin ki, mənim burada dayanıb sürücü xidməti göstərməyimlə Avropa Oyunları arasında nə əlaqə var? Birincisi, Avropa Oyununa 1 ay var, ikincisi, tədbirin keçiriləcəyi ünvanla mənim dayandığım məkan arasında çox-çox məsafə var. Üçüncüsü,
Avropa Oyunu keçiriləcək deyə, əl-ayağımızı uzadıb ölək?”

Sürücülər onlar üçün qanunla nəzərdə tutulmuş qaydaları pozmadan fəaliyyət göstərdiklərini deyirlər:ÿ"Qanuna görə, dayanacaqdan 15 metr kənarda dayanıb xidmət göstərə bilərik. Ancaq bizi dayanacağa heç 50-60 metr yaxın əraziyə də buraxmırlar.ÿ
“Vergi ödəyirik, qanunla nəzərdə tutulmuş bütün ödənişləri vaxtlı-vaxtında edirik. Ilişməyə heç nə tapmayanda işarəni yığışdırıb aparırlar. Deyirlər, gedin kənarda, ağaclıqların arasında dayanın. Biz ağaclıqda müştəri tutmalıyıq? Bu, necə davranışdır axı?..”
Sürücüÿ Ramin Sadıqov: “Şəxsən mən tələbəyəm. Gündüzləri universitetdə oxuyuram, dərsdən sonra taksi fəaliyyəti ilə məşğul oluram ki, kirayə haqqını ödəyim, təhsil haqqını toplayım. Iş yoxdur, qalmağa yataqxana yoxdur ki, pulsuz qalım. Mən təhsil haqqını necə ödəməliyəm? Mən nə ilə qidalanmalıyam? Işləməyə zavod yox, fabrik yox...”
Sürücülər belə davam edərsə, Prezident Adminstrasiyasının, Bakı şəhər Baş Polis Idarəsinin, Nizami Rayon Polis Idarəsinin qarşısında aksiya keçirəcəklərini deyirlər:
“Onsuz da çörəkdən məhrum olmaq ən axırıncı yoldur. Tutacaqlar, asacaqlar, kəsəcəklər, inanın ki, vecimizə də deyil. 3 gündür evə çörək apara bilmirik. Xəstəsi, qocası, uşağı olan var. Kirayədə yaşayanı var... Külfət qabağına necə çıxaq?”.
Nizami rayon Polis Idarəsindən bildiriblər ki, sürücülər idarəyə müraciət ediblər. Onları idarənin rəhbərliyi qəbul edib, şikayətlərini dinləyib və fəaliyyət göstərmələri üçün şərait yaradılacağını bildirib. Hazırda sürücülər əvvəlki qaydada fəaliyyətlərini davam etdirirlər.
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat