Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

DÇ-2014-ün seçmə oyunları saxtalaşdırılıb?

Futbol üzrə dünya çempionatının seçmə tsiklində matçların mərcə görə saxtalaşdırılmasının istintaqı gedərkən azı üç futbolçu və bir futbol agenti həbs edilib.

Virtualaz.org saytının xəbərinə görə, bu barədə Böyük Britaniya mediası xəbər verir. Xəbərdə onların sonradan zaminə buraxıldıqları da bildirilir.

“The Daily Telegraph” qəzeti beynəlxalq mərc sindikatının 2014-cü il dünya çempionatının seçmə oyunlarını saxtalaşdırdığını aşkarlayıb.

Danışılmış oyunları təşkil etdiyi iddia olunan şəxs bildirib ki, o, dünya kuboku matçlarının, eləcə də Avropa və Avstraliyada keçirilən oyunların nəticələrinə təsir göstərib.

Qəzet yazır ki, fırıldaqçı ittihamı ilə həbs edilmiş iki şəxsin İngiltərə futbolunda da matçları danışdığı iddia olunur. Bu iki şəxs cümə günü məhkəmə qarşısına çıxarılmalı idi.

“The Daily Telegraph” bildirir ki, araşdırmalar FİFA daxilindəki qaynaqdan inandırıcı bilgilər gələndən sonra başlayıb. Həmin bilgilərdə Asiya mərcqoşma sindikatlarının İngiltərə futboluna müdaxiləsi barədə faktlardan söz açılırdı. “The Daily Telegraph” sözügedən məsələyə dair jurnalist araşdırmasını polisə təqdim edib.

İddialara görə, hakimlər 20 min funt-sterlinq “mükafat” müqabilində oyunların nəticələrinə təsir göstəriblər.

O da bildirilir ki, adı hüquqi mülahizələrlə hələlik gizli saxlanan bir Afrika ölkəsinin futbolu tamamilə fırıldaqçıların əlinə keçib.

Qəzet FİFA-nın mərcə görə futbol matçlarının saxtalaşdırıldığına dair daha öncəki iddiaları araşdırmadığını da yazıb.

Suçlanan iki şəxsin kimliyi açıqlanıb - 33 yaşlı Sinqapur vətəndaşı Chann Sankaran və həm Sinqapurun, həm də Britaniyanın vətəndaşı olan 43 yaşlı Krişna Sanjey Ganeshan.

İttihamnamədə bildirilir ki, bu şəxslər futbol mərclərində fırıldaq işlədərək oyunların nəticəsinə təsir göstərib və bu yolla qazanc əldə ediblər. İttihamlar təsdiqini taparsa, bu şəxsləri 10 ilədək həbs cəzası gözləyə bilər.

Qəzet yazır ki, İngiltərə komandalarının oyunlarını çox diqqətlə izləyən mərc saytları tez-tez qəribə şərtlərlə rastlaşır.

FİFA-nın vitse-prezidenti Cim Boys bildirib ki, təşkilat belə fırıldaqlardan xəbərdardır və məsələni ən yüksək səviyyədə araşdırır: “Bu fırıldaqda əli olanlara futbol ömürlük qadağan ediləcək. İndi FİFA təhqiqatçıları dünya futbolunu həmin xərçəngdən xilas etməyə çalışırlar” (azadlig.org).
2321 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39